İlkin Qırtımov karyerasını bitirdiyini açıqladı

İlkin Qırtımov karyerasını bitirdiyini açıqladı

"Məşqçi kimi yoluma davam edəcəyəm" Bu sözləri Fanat.Az -a açıqlamasında müdafiəçi İlkin Qırtımov deyib. Son mövsümü 1-ci Liqa təmsilçisi "Zaqatala"da keçirən Azərbaycan millisinin sabiq üzvü futbolçu karyerasını başa vurduğunu bildirib: "Bəli, rəsmi olaraq açıqlamamışam, ancaq bu, belədir. Karyeramı bitirmişəm. Məşqçi kimi yoluma davam edəcəyəm. C kateqoriyasına sahibəm. Məşqçilik kursuna bir neçə aydır ki, başlamışdım. Artıq təlimi başa vurmuşam". 35 yaşlı Qırtımov karyerası ərzində "Neftçi", "Qəbələ", "Kəpəz", "Zirə" kimi klublarda da forma geyinib. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər