Cənubi Amerikada 2021-ci ilin ən yaxşı oyunçusunu Xulian Alvarez İPL-də çıxış edəcək.
Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu cari mövsümü başa çatdıqdan sonra "Mançester Siti"yə keçəcək.
Bu barədə Argentinanın "Uno Santa Fe" saytı və İngiltərənin "The Sun" nəşri məlumat yayıb.
İngilislər gənc forvard üçün "River Pleyt"ə 18,5 milyon avro ödəyəcək. Xulian 2022-ci ilin iyun ayına qədər "River Pleyt"də icarə əsasında oynamağa davam edəcək.
Emin