"Təbii ki, milliyə dəvət almaq xoş bir duyğudu. Hər bir futbolçu ölkəsinin yığma komandasında çıxış etmək istəyər. Yenidən milli komandadakı dostlarımla eyni abu-havanı paylaşacağım üçün çox xoşbəxtəm". Fanat.az xəbər verir ki, bu sözləri yenidən Bosniya və Hersoqovina yığmasına çağırılan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç deyib.
26 yaşlı qolkiper klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la hələ 3 illik müqaviləsinin olduğunu bildirib: "Təbii ki, milliyə çağırılmağımda "Qarabağ"ın uğurlu çıxışının az rolu olmayıb. Komandamızda millilərə dəvət alan futbolçuların çoxalması bunun göstəricisidi. "Qarabağ" həyatımda yeni səhifə açdı. Ötən il çempion olduq, Avropa Liqası ilə şanssız şəkildə vidalaşdıq. "Qarabağ"la hələ 3 illik müqaviləm var. İnanıram ki, komandada nə qədər çox uğur qazansam, milliyə də yolum açıq olacaq".
Fanat.az