Holland mütəxəssis "Qarabağ"la müqavilə bağladı

Holland mütəxəssis "Qarabağ"la müqavilə bağladı

Hollandiyalı mütəxəssis Con van Loen "Qarabağ"la əməkdaşlığını davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən mütəxəssis artıq Ağdam klubu ilə yeni müqavilə imzalayıb. O, daha bir il Azərbaycan təmsilçisində çalışacaq.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis "Qarabağ"a 2014-cü ildə gəlmişdi. O, bu klubda aşağı yaş qrupları üzrə komandaların texniki və idman direktoru vəzifəsində çalışır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər