Holand Türkiyə millisinə qarşı oynayacaqmı? - ÖZÜ DEDİ

Holand Türkiyə millisinə qarşı oynayacaqmı? - ÖZÜ DEDİ

Norveç millisinin ulduz hücumçusu Erlinq Holand üzvü olduğu yığmanın DÇ-2022-nin seçmə mərhələsində bu ay keçirəcəyi matçlarda - Türkiyə və Monteneqro ilə görüşlərdə oynamayacaq.

Fanat.Az xəbər verir ki, bunu Holand öz "Twitter" hesabında yazıb.

Omba zədəsini sağaltmaqla məşğul olan Dortmund "Borussiya"sının forvardı öncədən üzrxahlıq edib: "Salam, dostlar. Milli formasıyla qarşıdakı iki oyunda meydana çıxa bilməyəcəyimə görə üz istəyirəm. Bütün hallarda, Norveçə uğurlar".

Qeyd edək ki, Skandinaviya təmsilçisi oktyabrın 8-də səfərdə Türkiyə, iki gün sonra isə evdə Monteneqro ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər