Holand "Mançester Siti"nin yeni rekordçusu oldu

Holand "Mançester Siti"nin yeni rekordçusu oldu

"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə çempionatının 27-ci turu çərçivəsində "Mançester Yunayted"lə qarşılaşmada qol vurub. 

Fanat.Az xəbər verir ki, derbidən 3:1 qalib ayrılan "şəhərlilər"in norveçli ulduzu yeni rekordla yadda qalıb. 

"Squawka"-nın məlumatına görə, Holand Premyer Liqa tarixində "qırmızı şeytanlar"la matçlarda MS-nin futbolçuları arasında ən çox qol vuran futbolçu olub. O, altı Mançester derbisində iştirak edib və 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Erlinq Holand İngiltərə çempionatının bu mövsümündə 22 matçda iştirak edib. 23 yaşlı skandinaviyalı futbolçu bu görüşlərdə 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər