Holand "Mançester Siti"dən bu yay ayrıla bilər

Holand "Mançester Siti"dən bu yay ayrıla bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Holand yayda iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Independent" yayıb.

Xəbərə görə, Kərim Benzemaya layiqli əvəzləyici axtaran "Real Madrid" artıq Kilian Mbappeni cari mövsümün sonunda heyətinə qata biləcəyinə əmin deyil və bu səbəbdən bütün diqqətini Holanda yönəldib. "Kral klubu"nun bosslarının "şəhərlilər"in maliyyə feyr-pleyi ilə bağlı çətin vəziyyətə düşməsindən yararlanmaq istədikləri və norveçli ulduzun keçidi üçün bütün əlaqələri işə salacaqları vurğulanıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər