Harri Keyn "Mançester Siti" ilə razılığa gəldi - SON DURUM

Harri Keyn "Mançester Siti" ilə razılığa gəldi - SON DURUM
"Tottenhem Hotspur"un hücumçusu Harri Keyn bu yay klubdan ayrılmaq qərarı verib və artıq "Mançester Siti" ilə müqavilə şərtlərini razılaşdırıb. 
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira şəxsi "Twitter" hesabında informasiya yayıb.
Mənbə Keynin "şəhərlilər"lə müddəti 2026-cı ilə qədər olan sözləşməyə imza atacağını, "Tottenhem"in isə futbolçu üçün 160-170 milyon avro pul istədiyini vurğulayıb.
Keyn "Tottenhem"in yetirməsidir. Onun London klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub. 2020/2021 mövsümündə forvard İngiltərə Premyer Liqasının 35 oyununda iştirak edib. Ulduz hücumçu bu görüşlərdə 23 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər