Azərbaycan milli komandasının və “Neftçi” klubunun sabiq müdafiəçisi Aftandil Hacıyevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, “Sumqayıt”dan ayrıldıqdan sonra karyerasını bitirmiş veteran uzun illər çıxış etdiyi “Qarabağ”a məşqçi gətirilib.
Hacıyev bundan sonra “Qarabağ”ın əvəzedici heyətində baş məşqçi Yaşar Hüseynovun köməkçisi olacaq. Artıq rəhbərliklə görüşən veteran futbolçu bir neçə gündən sonra işinin icrasına rəsmən başlayacaq.
futbol11.az