“Qarabağ” qışda Tiflis “Dinamo”sundan icarəyə götürdüyü Jaba Dvalini icarə müqaviləsinin müddəti başa çatandan sonra komandada saxlamayacaq. Fanat.az xəbər verir ki, həmyerlisi Nikolas Gelaşvili gözlənilmədən zədələndiyinə görə heyətə qatılan gürcü mövsümün sonunda vətəninə qayıdacaq.
Səbəb isə sadədi: son vaxtlar forma şansı görməyən futbolçunun hazırlıq səviyyəsi Qurban Qurbanovu qane etmir. Baş məşqçi Jabaya Premyer Liqanın 5 oyununda 197, kubokun bir matçında 9 dəq iqə şans verib.
Xatırladaq ki, ağdamlıların baş məşqçisi konqolu hücumçu Ulriş Kapolonqonun da xidmətində maraqlı deyil və onun da mayın sonunda yola salınması planlaşdırılıb.
Turnir cədvəlinin liderinin baş məşqçisi ön xəttə daha səviyyəli futbolçular transfer etməyi nəzərdə tutub. Onlardan biri isə Portuqaliya “Maritimo”suna məxsus Danilo Diasdı. Qışda son anda Azərbaycan təmsilçisinə keçidi düyünə düşən Diasın yayda “Maritimo”yla müqaviləsinin müddəti başa çatır.
Fanat.az