Günün transfer şayiələri: “Arsenal” 3 futbolçu transfer edəcək

Günün transfer şayiələri: “Arsenal” 3 futbolçu transfer edəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Fabritsio Romano: "Arsenla" 3 transfer həyata keçirməyi planlaşdırır. İngiltərə klubu "Vest Hem"dən Deklan Raysı, "Kristal Pelas"dan Mark Qexi və "Valensiya"dan Yunus Musanı heyətinə qatmaq niyyətindədir. 

"The Daily Mail": "Tottenhem" "Sautqempton"un ulduzu Ceyms Uord-Prouza elçi düşüb. "Sautqempton"un İPL-i tərk edəcəyi halda 28 yaşlı futbolçu klubu tərk edəcək. Ceymsi diqqətlə izləyən klub yayda onun üçün irəli atılacaq. 

"Readfootball": "İnter"in müdafiəçisi Stefan De Vrey klubdan ayrılacaq. Onunla yeni sözləşmə ilə bağlı heç bir danışıq olmayıb. Bu səbəbdən futbolçu yayda klubu azad agent kimi tərk edəcək. Stefanın xidmətində "Milan" və "Roma" kimi klublar maraqlıdır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər