Gündoğan "Barselona" ilə "Mançester Siti" arasında qalıb

Gündoğan "Barselona" ilə "Mançester Siti" arasında qalıb

Almaniyalı yarımmüdafiəçi İlkay Gündoğanın klubu "Mançester Siti" ilə müqaviləsi yayda başa çatır. 

Fanat.Az xəbər verir ki, futbolçu bir sıra klubların diqqət mərkəzindədir. Ancaq onun adı "Barselona" ilə hallanır. 

Jurnalist Kristian Falk isə iddia edir ki, Xosep Quardiola ilə müqavilə yeniləndikdən sonra Gündoğan da Mançesterdə qalacaq. Onun sözlərinə görə, futbolçu Quardioladan xahiş edəcək ki, rəhbərliklə danışsın və İlkayın da sözləşməsi yenilənsin. 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2016-cı ildən "Mançester Siti"də çıxış edir. Kapitan 173 oyunda meydana çıxıb və 38 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər