Gibbs-Uayt "Mançester Siti"yə bu qiymətə satıla bilər

Gibbs-Uayt "Mançester Siti"yə bu qiymətə satıla bilər

"Mançester Siti"nin istədiyi Morqan Gibbs-Uaytın hansı qiymətə teansfer edilə biləcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.

Mənbə sözügedən yarımmüdafiəçinin klubunun - "Nottingem Forest"in onun satışından 115 milyon avro qazanmağı hədəflədiyini vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 30 matça çıxan Gibbs-Uayt 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Orta xətt oyunçusunun "meşəbəyilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər