Gənclər Liqasına hazırlaşan "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

Gənclər Liqasına hazırlaşan "Qarabağ" "Zirə" ilə qarşılaşacaq

UEFA Gənclər Liqasına hazırlaşan "Qarabağ"ın U-19 komandası növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

Fanat.Az-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda "Zirə"nin əvəzediciləri ilə üz-üzə gələcək. 

Oyun bu gün Binə qəsəbə stadionunda baş tutacaq və saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi turnirdə 6 matç keçirəcək. Təmsilçimizin ev oyunları "Azərsun Arena"da baş tutacaq.

"Qarabağ"ın UEFA Gənclər Liqasındakı oyunlarının təqvimi belədir:

I tur 16 sentyabr

"Benfika" (Portuqaliya) - "Qarabağ"

II tur 1 oktyabr

"Qarabağ" - "Kopenhagen" (Danimarka)

III tur 22 oktyabr

"Atletik" (İspaniya) - "Qarabağ"

IV tur 5 noyabr

"Qarabağ" - "Çelsi" (İngiltərə)

V tur 25 noyabr

"Napoli" (İtaliya) - "Qarabağ"

VI tur 10 dekabr

"Qarabağ" - "Ayaks" (Niderland)

 Qeyd edək ki, 36 iştirakçının mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər