Futbolçu "Neftçi"nin xahişi ilə millimizdən kənarlaşdırıldı

Futbolçu "Neftçi"nin xahişi ilə millimizdən kənarlaşdırıldı
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
"Neftçi”dən dəvət edilən Fərid Yusiflinin əvəzinə "Keşlə"nin oyunçusu İbrahim Novruzov toplanışa dəvət olunub.
Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında bildirib ki, bu "Neftçi"nin xahişinə əsasən, həyata keçirilib. Federasiya rəsmisi klubda zədəli oyunçu olduğu üçün 18 yaşlı yarımmüdafiəçiyə ehtiyac duyulduğunu söyləyib. 
Qeyd edək ki, U-19-un toplanışı sentyabrın 30-dək davam edəcək. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər