Futbol ictimaiyyəti hələ belə "Arsenal" görməmişdi

Futbol ictimaiyyəti hələ belə "Arsenal" görməmişdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "İnter"i səfərdə 3:1 hesabı ilə məğlub edən London "Arsenal"ı bu turnirdə bütün dövrlərdəki rekorduna imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, "topçular" tarixdə ilk dəfə ÇL-də ardıcıl 7 qələbə qazanıblar.

Sözügedən kollektiv cari mövsüm qitənin ən nüfuzlu klub yarışında vurduğundan 10 dəfə az top buraxıb - 20:2.

Xatırladaq ki, "Arsenal" öncəki 6 turda Bilbao "Atletik"ini (2:0), "Olimpiakos"u (2:0), "Ateltiko Madrid"i (4:0), Çexiya "Slaviya"sını (3:0), "Bayern Münhen"i (3:1) və "Brügge"ni (3:0) də yenib. Mikel Artetanın komandası 21 xalla ÇL-in turnir cədvəlinə başçılıq edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər