Fransızlar “Qarabağ”a görə üzr istədi - FOTO

Fransızlar “Qarabağ”a görə üzr istədi - FOTO
Fransada fəaliyyət göstərən “L Equipe” qəzetində “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verilib. 
Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrike Youhaudun qarşısında qaldırılıb: “Qəzetin baş redaktoru Fabrike Youhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.”
Qeyd edək ki, Fransanın “lequipe.fr” saytı “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq şanslarının təhlil edildiyi yazıda klubumuzu Ermənistan təmsilçisi kimi təqdim edib. Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub.
Fransızlar “Qarabağ”a görə üzr istədi - FOTO
Fransızlar “Qarabağ”a görə üzr istədi - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər