İspaniyanın “Real Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Fransanın “Renn” komandasından yarımmüdafiəçi Eduardo Kamavinqanı transfer edib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Real” bu transferə görə qarşı tərəfə təxminən 35 milyon avro ödəyəcək. Kamavinqa “Renn”in öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc futbolçu sözügedən komandada bütövlükdə 88 matça çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə edib. Ötən ildən Fransa yığmasına da dəvət alan yarımmüdafiəçi, millidə keçirdiyi 3 matçda 1 qol vurub.