Fransa hökumətindən qadağa: "Qarabağ"ın oyununu...

Fransa hökumətindən qadağa: "Qarabağ"ın oyununu...

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Fransada keçiriləcək "Olimpik Marsel" - "Qarabağ" matçını məhdud sayda azarkeş izləyə bilər.

Fanat.Az xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətdir.

Qərara əsasən, qapalı məkanlarda 2 000 nəfərdən, açıq havada isə 5 000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, "Olimpik Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Velodrom" stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər