“Formula-1”dən sonra Qarabağda müharibə başlayacaq. Fanat.az xəbər verir ki, bu barədə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazıb.
Onun fikrincə, Qarabağ münaqişə üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük ehtimalla Bakıda keçirilən “Formula-1” yarışlarından sonra, iyunun sonlarında yeni müharibə başlayacaq: “Biz ancaq ümid edə bilərik ki, Qafqazda çox intensiz hərbi əməliyyatlar və bunun region üçün təhlükəsi çoxdandır davam edən münaqişənin həllinə diqqəti yönəldəcək".

Qeyd edək ki, "Formula-1" üzrə Avropa Qran-Prisi bu ilin 17-18-19 iyun tarixlərində Bakıda keçiriləcək.
Bu sson bir ayda Tomas de Vaalın ikinci müharibə xabərdarlığıdı. Bundan əvvəl aperlin 8-də analitik Qarabağla bağlı məqaləsində qeyd etmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri "çemodan diplomatiyası" yürüdürlər - regiona gəlib-gedirlər, başqa heç nə etmirlər: "Bu münaqişəni həll etmək üçün ABŞ, Rusiya və Fransanın birgə səyləri ilə kompleks beynəlxalq sülhməramlı əməliyyatlara start verilməlidi. Bu çox ciddi çağırışdı. Cənubi Qafqazda fəlakət gətirən müharibənin yanında heçdir. Nə qədər ki, gec deyil, münaqişə böyük dövlətlərin fəaliyyəti nəticəsində sülh yolu ilə həllini tapmalıdı".

Tomas de Vaal
Fanat.az