"Real Madrid"in prezidenti Fiqudan üzr istədi

"Real Madrid"in prezidenti Fiqudan üzr istədi
Portuqaliya millisinin və "Real Madrid"ın sabiq yarımmüdafiəçisi Luiş Fiqu (Luis Figo) "Real Madrid"in prezidenti Florentino Peresin (Florentino Perez) mətbuatda yayılan səs yazılarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, bu barədə veteran futbolçu "Mundo Deportivo" danışıb. 
 
"Şəxsi söhbət zamanı senzuradan kənara çıxan ifadələr ola bilər. Pereslə danışmışıq, məndən üzr istəyib. Mövzu bağlanıb", - deyə Fiqu bildirib. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl "El Confidencial" Peresin İker Kailyas (İker Casillas), Raul (Raul Gonzales) Luiş Fiqu (Luis Figo) və klubun digər  əfsanələrini tənqid etdiyi səs yazılarını yayımlamışdı.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər