“Fiorentina” “Napoli”yə səfərdə qalib gəldi

“Fiorentina” “Napoli”yə səfərdə qalib gəldi

İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 görüş baş tutub.

“Montsa” “Salernitana”nı, “Frozinone” “Verona”nı, “Latsio” isə “Atalanta”nı məğlub yola salıb. “Kalyari” evdə “Roma”ya böyük hesabla uduzubsa, Son çempion “Napoli” də “Fiorentina”ya məğlub olub.

Hazırda 21 xala malik “Milan” vahid liderdir. “İnter” 19 xalla ikinci pilədə qərarlaşıb. “Yuventus”la “Fiorentina” 17, “Napoli” 14, “Atalanta” 13 xal toplayıb.

İtaliya A Seriyası 8-ci tur 6 oktyabr

Empoli – Udineze 0:0

Leççe – Sassuolo 1:1 Qollar: Krstoviç, 48 – Berardi, 22-pen.

7 oktyabr

İnter – Bolonya 2:2 Qollar: Açerbi, 11. L.Martines, 13 – Orsolini, 19. Zirkze, 52.

Yuventus – Torino 2:0 Qollar: Qatti, 47. Milik, 62.

Cenoa – Milan 0:1 Qol: Pulişiç, 87.

8 oktyabr

Montsa – Salernitana 3:0 Qollar: Kolpani, 9. Vinyato, 18. Pessina, 82.

Frozinone – Verona 2:1 Qollar: Reynier, 45+1. Soule, 66 – Dyuriç, 90+4.

Latsio – Atalanta 3:2 Qollar: De Ketelare, 5-öz qapısına. Kastelyanos, 11. Vesino, 83 – Ederson, 33. Kolaşinaç, 63.

Kalyari – Roma 1:4 Qollar: Nandes, 87-pen – Auar, 19. Lukaku, 20; 59. Belotti, 51.

Napoli – Fiorentina 1:3 Qollar: Osimhen, 45+5-pen – Brekalo, 7. Bonaventura, 63. N.Qonsales, 90+3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər