FIFA prezidentindən "Qarabağ"a təbrik

FIFA prezidentindən "Qarabağ"a təbrik
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.
Fanat.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər