"Zirə" 2014/15 mövsümü üçün sifariş ərizəsini PFL-ə göndərib. Fanat.az xəbər verir ki, yeni yaranan klub 18 futbolçu sifariş edib.
"Zirə"nin heyətinə qatdığı futbolçulardan biri "Qarabağ"dan Toğrul Bilallıdu. 22 yaşlı yarımmüdafiəçinin adını Ağdam klubu Çempionlar Liqasının və Premyer Liqanın sifariş ərizəsinə salsa da, Qurban Qurbanov ona şans verməmişdi. "Zirə" bundan başqa, "Araz Naxçıvan"dan ayrılan millimizin sabiq üzvü Fərid Quliyevi, "Kəpəz", "Neftçala" və U-21-in keçmiş qapıçısı Tural Abbaszadəni, "Sumqayıt", "Rəvan" və "Qarabağ"ın formasını geyinmiş Emin Mustafayevi heyətinə qatıb.
Yeni klubun sifariş ərizəsində 2 qapıçı, 5 müdafiəçi, 10 yarımmüdafiəçi və 1 hücumçu yer alıb. "Zirə" legioner futbolçuya ehtiyac duymayıb.
Qeyd edək ki, "Zirə"nin baş məşqçisi Bəhram Şahquliyevdi.
| № | Futbolçu | Təvəllüdü | Ampulası | |
| 1 | Ziyadxan Məmmədov | 10.06.1995 | qapıçı | |
| 22 | Tural Abbaszadə | 26.10.1992 | qapıçı | |
| 13 | Fərid Quliyev | 13.11.1992 | müdafiəçi | |
| 27 | Samir Əhmədov | 27.11.1994 | müdafiəçi | |
| 44 | Tural Adıgözəlov | 01.01.1993 | müdafiəçi | |
| 15 | Ayzer Abbasov | 11.02.1994 | müdafiəçi | |
| 17 | Əliağa Xudiyev | 20.06.1994 | müdafiəçi | |
| 7 | Rövşən İsmayılov | 29.06.1992 | y/ müdafiəçi | |
| 10 | Aslan Hüseynov | 27.05.1986 | y/ müdafiəçi | |
| 8 | Fərid Bağırov | 21.08.1993 | y/ müdafiəçi | |
| 21 | Toğrul Bilallı | 22.08.1992 | y/ müdafiəçi | |
| 11 | Elmixan Məmmədov | 09.01.1994 | y/ müdafiəçi | |
| 92 | Bəhram Bəhramzadə | 22.11.1992 | y/ müdafiəçi | |
| 19 | Natiq Abbasov | 10.08.1992 | y/ müdafiəçi | |
| 20 | Fuad Hüseynov | 15.01.1993 | y/ müdafiəçi | |
| 6 | Emin Mustafayev | 02.01.1990 | y/ müdafiəçi | |
| 25 | Tural Məmmədov | 15.01.1995 | y/ müdafiəçi | |
| 9 | Ceyhun Abdullayev | 25.11.1991 | hücumçu | |
| Baş məşqçi: | Bəhram Şahquliyev | |||
Fanat.az