- İbrahim Şehiçin bacarığını necə qiymətləndirirsən?
- Yaxşı, çox etibarlı qapıçıdı.
- Səndən daha yaxşı qapıçıdı?
- Biz əl-ələ verib işləyirik.
- Amma sən əsas heyətə düşə bilmirsən?
- Ola bilər, o da etibarlı qapıçıdı və komandaya xeyri dəyir. Bizdə kimin oynayıb-oynamayacağın fərqi yoxdu. Bunlar baş məşqçinin qərarıdı.
- Əsas heyətə düşə bilməməyinin səbəbini nədə görürsən?
- Mən məşqlərimi edirəm, çalışıram. Ancaq son qərarı baş məşqçi verir. Şehiç etibarlı qapıçıdı. Belə düşünürəm ki, gələn turlarda mənə şans verilər.
- Artıq uzun müddətdi ki, əsas heyətə düşməkdə çətinlik çəkirsən. "Qarabağ"dan getməyi düşünürsən?
- Xeyr, bu barədə düşünmürəm. Mən həvəsdən düşmürəm. "Qarabağ" mənim üçün doğma komandadı. Heç zaman bu komandadan ayrılmağı düşünmürəm.
- Avropa Liqasının qrup mərhələsindəki rəqiblər haqda nə deyə bilərsən?
- Dəqiq nəsə demək olmaz. Ancaq deyə bilərəm ki, layiqli mübarizə aparaq. Əsasən ev oyunlarında hər bir komandanı məğlub edək, xal alaq. Qrupda birinci yerdə də ola bilərik, sonuncu yerdə də. Çalışacağıq ki, qrupdan çıxaq. Ancaq indidən nəsə demək olmaz.