Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Joau Feliks Avropaya qayıtmağı planlaşdırır. Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb. Məlumata görə, Feliksin arzusu 2023/2024 mövsümündə, "Atletiko Madrid"ə məxsus olarkən icarə əsasında formasını geyindiyi "Barselona"ya azad agent qismində dönməkdir. Mənbə Feliksin agenti Jorje Mendeşin artıq Kataloniya təmsilçisi ilə əlaqə saxladığını da vurğulayıb. Sözügedən futbolçunun İspaniya nəhəngində daha az maaşa oynamağa hazır olduğu bildirilib. Qeyd edək ki, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 6 matça çıxan Feliks 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nihat
Feliks "Barselona"ya qayıtmağı arzulayır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı