"Everton" - "Mançester Siti" matçında Ukraynaya dəstək - VİDEO

"Everton" - "Mançester Siti" matçında Ukraynaya dəstək - VİDEO

İngiltərə Premyer Liqasında XXVII turun "Everton" "Mançester Siti"ni qonaq edib.

Fanat.Az xəbər verir ki, hər iki komanda Rusiya tərəfindən hərbi hücuma məruz qalan Ukraynaya dəstək nümayiş etdiriblər. 

"Everton" futbolçuları əyinlərinə Ukrayna bayrağı geyiniblər, "Mançester Siti"nin oyunçularının formalarında isə "sarı-göy" bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub.

"Everton" və "Mançester Siti"nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular oyunöncəsi məşq zamanı göz yaşlarına hakim ola bilməyiblər. Duyğusal anlar yaşayan futbolçular qucaqlaşaraq bir-birinə dəstək olublar. 

Qeyd edək ki, görüş "Mançester Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər