Eurosport "Qarabağ"ın qələbəsi haqda

Eurosport "Qarabağ"ın qələbəsi haqda

"Eurosport" saytı "Qarabağ"ın "Zalsburq" üzərində 2:1 hesablı qələbəsini şərh edib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionunun qələbəsi böyük sensasiya kimi qəbul eüdilib.

"Avstriya çempionatının 2 turunda 11 qol vurmuş "Zalsburq" Bakıda ciddi problemlə üzləşdi və artıq görüşün 2-ci dəqiqəsində Danilo Dias "Qarabağ"ı hesabda önə çıxardı. Baxmayaraq ki, görüşün ilk yarım saatından sonra avstriyalılar azlıqda qalmışdılar, hissənin sonunda heyət baxımdan hesab bərabərləşdi: Kristian Şveqlerdən sonra Admir Teli də meydandan kənarlaşdırıldı. İkinci hissə qonaqların diqtəsi altında keçdi və bunun məntiqi sonluğu olaraq, hesab bərabərləşdi. Ancaq ağdamlıların Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmiş ilk Azərbaycan klubu olmaq istəyi gözlənilmədən bəhrəsini verdi. Matçın son dəqiqələrində Reynaldo komandasının qələbə topunu vurdu. Ancaq bundan cəmi 1 dəqiqə sonra birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoydu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər