Ermənilər "Qarabağ"a qarşı təxribata hazırlaşır - SOS

Ermənilər "Qarabağ"a qarşı təxribata hazırlaşır - SOS

Noyabrın 27-dən 28-nə keçən gecə baş tutacaq “Sent-Etyen” – “Qarabağ” oyununda erməni təxribatı təhlükəsi var. Fanat.az xəbər verir ki, Avroliqanın qrup oyununu 100-ə yaxın erməninin izləyəcəyi ehtimal edilir ki, onların da aralarında təxribatameyilliləri çoxdu.

Fransadakı erməni lobbisi qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmağı, tribunalara Azərbaycan əleyhinə plakatlar keçirməyi qarşısına məqsəd qoyub.

Təhlükəsizlik xidməti işini lazımınca görməsə, təmsilçimiz təxribatdan qaça bilməyəcək.

Xatırladaq ki, görüş sabah, Bakı vaxtı ilə 00.05-də Sent-Etyen şəhərindəki “Joffrua Qişar” stadionunda baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər