Erik Ramos: "Qarabağ"la oyunda qonaq anlayışı önəmli deyil"

Erik Ramos: "Qarabağ"la oyunda qonaq anlayışı önəmli deyil"
"Gücündən asılı olmayaraq bütün rəqiblərə hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv şəkildə yaxşı oynamaqla yanaşı, həm də komanda yoldaşlarım kimi fərdi ustalığı yüksək olan futbolçulara malikdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos deyib.
Paraqvaylı futbolçu "Qarabağ"la oyunla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Rəqibimiz son ev oyunlarını "Bakcell Arena"da keçirib və demək olar ki, bu stadionda oynamağa alışıb. Bu səbəbdən də qonaq komanda anlayışı o qədər önəmli deyil. Fikrimcə, hər iki komandanın azarkeş dəstəyi güclü olacaq. Biz də çalışacağıq ki, gözəl futbol nümayiş etdirib onları sevindirək".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər