Ərəblərdən "Arsenal"a vingeri üçün cəlbedici təklif - Məbləğ

Ərəblərdən "Arsenal"a vingeri üçün cəlbedici təklif - Məbləğ

Belçika millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossard karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Mənbənin məlumatına görə, 29 yaşlı belçikalı futbolçu ilə "Əl-İttihad" maraqlanır. Ərəblər artıq "Arsenal"a təxminən 35 milyon avroluq təklif yollayıb. Hazırda danışıqlar davam edir.

Trossardın London klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. "Transfermarkt" futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Trossard 2023/24 mövsümündə "Arsenal"ın 46 matçında 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər