Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir
Daha bir əcnəbi futbolçu "Neftçi"dən ayrılır.
Fanat.Az xəbər verir ki, Vangelis Platellas mövsümün qalan 8 turunda oynadıqdan sonra Bakı klubunu tərk edəcək. Yunan yarımmüdafiəçi başa çatan müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, Vangelis Platellas "Neftçi"yə 2019-cu ilin yayında Yunanıstanın OFİ klubunda keçib. Cari mövsümdə 18 oyuna çıxan futbolçu 3 qol vurub və 5 məhsuldar ötürmə edib. 31 yaşlı yarımmüdafiəçi paytaxt klubunun ən önədişli futbolçularından biridi. Onun "Neftçi"də ayda 30 min manatdan çox maaş aldığı bildirilir.
Onu da qeyd edək ki,  Vangelis Platellas əvvəllər Yunanıstanın "Xalliti", "Şkoda", AEK, "Atromitos" və "Aris" klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər