"Empoli"yə yazığım gəlir" - Joze Mourinyu

"Empoli"yə yazığım gəlir" - Joze Mourinyu

"Roma"nın baş məşqçisi Joze Mourinyu A Seriyasının 4-cü turunda qarşılaşdıqları "Empoli"ni darmadağən etdikləri oyun (7:0) haqda fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Calciomercato" portuqaliyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Empoli"yə yazığım gəlir. Amma bu futboldur, bəzən belə olur. Lukakunun “Roma”da debüt qolunu vurması mənim üçün önəmli deyildi. Bəlkə də onun üçün vacib idi. Mən isə onun qol vurub-vurmamasından asılı olmayaraq, komanda ilə maraqlanıram. Düzdür, o, komandaya fərqli yön verir. Biz onunla, o da bizimlə daha yaxşı oynamağı öyrənməliyik. Romelu sevildiyini, arzulandığını hiss etməlidir ki, komandanın onun kimi futbolçuya ehtiyacı olduğunu başa düşsün. "İnter"in qəzəblənmək üçün heç bir səbəbi yoxdur: onlar Romeluya ehtiyacı olan keçmiş məşqçiləri üçün sevinməlidirlər".

Qeyd edək ki, “Roma” 4 xalla A Seriyasında 10-cu pillədə qərarlaşıb. "İnter" 12 xalla liderdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər