ÇL: "Mançester Siti" tarixində ilk dəfə final oynayacaq

ÇL: "Mançester Siti" tarixində ilk dəfə final oynayacaq
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
 
Fanat.Az xəbər verir ki, turnirin ilk finalçısı İngiltərədə bəlli olub.
 
"Mançester Siti" doğma meydanda PSJ-ni qəbul edib. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk matçda zəfərə sevinən "şəhərlilər" bu dəfə də iddiasını ortaya qoyub. 2:0 hesablı qələbə ilə rəqibini mübarizədən kənarlaşdıran Pep Qvardiolanın komandası tarixində ilk dəfə ÇL-in finalına çıxıb.
 
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
 
4 may
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) 2:0
Qollar: Riad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Maria
İlk oyun - 2:1
Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Çelsi" ilə üz-üzə gələcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
 
Fanat.Az
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər