Çempionlar Liqası: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır

Çempionlar Liqası: "Şkendiya" azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Şkendiya" (Şimali Makedoniya) azarkeşləri üçün ayrılmış yerlər "Qarabağ" tərəfdarları üçün satışa çıxarılır.

Fanat.Az xəbər verir ki, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.

Satış sabah saat 12:00-dan start götürəcək.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər