Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkdən əvvəl komandalar qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup Səpələnmişlər "Lüdoqorets" (Bolqarıstan) ÇFR (Rumıniya) "Ferentsvaroş" (Macarıstan) "Maribor" (Sloveniya) "Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər "Sutyeska" (Monteneqro) "Şaxtyor" (Soliqorsk, Belarus) "Tobol" (Qazaxıstan) "Pünik" (Ermənistan) "Tirana" (Albaniya)

2-ci qrup Səpələnmişlər "Malmö” (İsveç) "Budye Qlimt" (Norveç) HIK (Finlandiya TNS (Uels) "Jalgiris" (Litva)

Səpələnməmişlər “Linfild” (Şimali İrlandiya) "Klasksvik" (Farer adaları) İlkin mərhələnin qalibi RFŞ (Latviya) "Balikani" (Kosovo)

3-cü qrup Səpələnmişlər "Qarabağ" (Azərbaycan) "Şerif" (Moldova) "Slovan" (Bratislava, Slovakiya) “Linkoln” (Cəbəllütariq) "Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər "Zrinski" (Bosniya və Herseqovina) "Lex" (Polşa) "Hibernians" (Malta) "Şkupi" (Şimali Makedoniya) "Dinamo" (Batumi, Gürcüstan)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər