Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın etdi 

Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın etdi 

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu "Qarabağ" da növbəti oyununa çıxıb.

"Köhlən atlar" Polşa "Lex"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma saat 20:00-da start götürüb. 

Poznandakı ilk qarşılaşmada 0:1 hesabı ilə uduzan "Qarabağ" cavab matçında rəqibini 5:1 hesabı ilə məğlub edib.

Beləliklə, "Qarabağ" II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. "Lex" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab oyunu

12 iyul

"Qarabağ" - "Lex" (Polşa) 5:1 

Qollar: Kadi Borges, 14, 73, Filip Ozobiç, 40, Kevin Medina, 56, Abbas Hüseynov, 77 - Kristoffer Velde, 27-ci saniyə

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)

İlk oyun - 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər