Çempionlar Liqası: “İnter” qalib gəldi, “Mançester Siti” qələbəni əldən verdi

Çempionlar Liqası: “İnter” qalib gəldi, “Mançester Siti” qələbəni əldən verdi

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. 

Hər iki qarşılaşma 00:00-da start götürüb. 

"Mançester Siti" səfərdə "Layptsiq"in qonağı olub. "İnter" isə öz meydanında "Portu"nu qəbul edib. Almaniyadakı oyunda heç-heçə qeydə alınıbsa, İtaliyadakı matçda meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransa PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 22 fevral

"Layptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) 1:1 Qol: Qvardiol, 70 – Mahrez, 27. Baş hakim: Serdar Gözübüyük (Niderland) Leyptsiq, "RB Arena"

"İnter" (İtaliya) - "Portu" (Portuqaliya) 1:0 Qol: Lukaku, 86. Baş hakim: Srcan Yovanoviç (Serbiya) Milan, "San Siro" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər