Emin Abbasov "Qarabağ"dan ayrılıb. Fanat.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
Abbasov bildirib ki, Ağdam klubunun aşağı yaş qruplarının baş koordinatoru vəzifəsindən öz istəyi ilə ayrılıb: "Bu gün "Qarabağ"dan ayrıldım. Öz istəyimlə tərk etdim klubu. "Qarabağ"a uğurlar arzulayıram. Bu 8 ay ərzində mənə dəstək olan kollektivin hər bir üzvünə də təşəkkür edirəm. "Qarabağ"ın gənc futbolçuları, məşqçiləri, işçi personalı məni bağışlayın, ümidlərinizi doğrulda bilmədim".
Fanat.az