"Çelsi"nin futbolçusu rəsmən "Arsenal"da

"Çelsi"nin futbolçusu rəsmən "Arsenal"da

"Arsenal" "Çelsi"nin yarımmüdafiəçisi Kay Havertsi transfer etdiyini rəsmən açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

24 yaşlı almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transfer "Arsenal"a 70 milyon avroya başa gəlib. Kay "Arsenal"da 29 nömrəli formanı geyinəcək. 

Xatırladaq ki, Haverts İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər