İngiltərə Federasiya kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.
Fanat.Az xəbər verir ki, "Çelsi" və "Mançester Siti" növbəti mərhələyə adını yazdıranlardan olublar.
"Zadəganlar" "Plimut"la görüşdə 2:1 hesabı ilə qalib gəlib. "Fulhem"i qəbul edən "Mançester Siti" isə 4:1 hesablı qələbə ilə rəqibinə şans verməyib.
Qeyd edək ki, ötən gün "Midlsbro" ilə üz-üzə gələn "Mançester Yunayted" penaltilər seriyasında rəqibinə yenilərək kubokla vidalaşıb.