“Qarabağ” heyətinə yeni legioner qatıb. Fanat.az xəbər verir ki, “köhlən atlar” Bosniya və Hersoqavinalı qapıçı İbrahim Şehiçlə rəsmi müqavilə imzalayıb.
25 yaşlı “çərçivə” qoruyucusunun son iş yeri Türkiyənin “Mersin İdman Yurdu” klubu olub. Qolkiper azad agent statusu ilə “Qarabağ”la müqavilə bağlayıb. Ölkəsinin millisinin formasını geyməyə imkan tapmış Sehiç artıq rəsmi anlaşmaya qol çəkib və yeni komandasında məşqlərə başlayıb.
İbrahimlə 2 illik müqavilə imzalaınb. O, klub saytına açıqlamasında ilkin təəssüratlarını bölüşüb: “Ötən mövsüm “Mersi İdman Yurdu” Superliqanı tərk etdikdən sonra klubla yolları ayırdıq. Yeni çağırışı mənə “Qarabağ” etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdi. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəm. Ən böyük hədəfim isə “Qarabağ”da uğurlu çıxışımla yenidən milli formanı geyməkdi”
Fanat.az