“Düdelanj”ın prezidenti “Qarabağ”dan danışdı

“Düdelanj”ın prezidenti “Qarabağ”dan danışdı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ”la qarşılaşacaq Lüksemburqun "Düdelanj” klubunun prezidenti Roman Şumaxer Azərbaycan klubu haqqında fikirlərini bildirib.

Fanat.az xəbər verir ki, o, Qurban Qurbanovun komandasının çox güclü olduğunu deyib: "Azərbaycan çempionu ötən mövsüm "Anderlext”i məğlub edib. Fransanın ən yaxşı klublarından olan "Monako” ilə oyundan bir xal qazanıb. Azərbaycanlılar Avropa liqasının qrupunu son sırada tamamlasa da, rəqiblərinə qarşı yaxşı oyun sərgilədi. Onlar rəqiblərinin kimliyindən aslı olmayaraq meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar”.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər