"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola klubun avrokuboklarla bağlı qadağasının ləğv olunmasına münasibət bildirib.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, Quardiola məhkəmənin qərarından asılı olmayaraq "Siti"də qalmaq qərarına gəldiyini qeyd edib:
"İndi vəziyyət normaldı, digər mövsümlərdən fərqlənmir. Qeyri-müəyyən situasiya hələ də davam etsəydi, bilmirəm, nələr olardı. Əvvəl də demişdim, Çempionlar Liqasında oynayıb-oynamamağımızdan asılı olmayaraq mən burada qalacaqdım.
Bəziləri deyirdi ki, İngiltərə Liqa 2-də (dördüncü divzion - Fanat.Az) oynamalıyıq. Elə bir şey olsa belə, komandada qalacaqdım".
Fanat.Az