“Qarabağ” hər qələbəsi ilə Azərbaycanı sevindirir. Bu klubun ilk illərindən komandanın yanında olmuşam və ona görə necə inkişaf yolu keçdiyini gözəl bilirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Səni axtarıram" verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı sportpress.az saytına açıqlamasında deyib.
Aparıcı "Qarabağ" rəhbərliyinə minətdarlıq edib: "Bu gün “Qarabağ”ın uğurları bütün dünyaya məlumdu. Ölkəmiz komandamızın nəticələriylə fəxr edir. Mən istərdim “Qarabağ”ın belə yüksək səviyyəyə çatmasında əməyi olan klubun rəhbərliyinə təşəkkürümü bildirim. Onlar çətin vaxtlarda da komandanın yanında olmaqla onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək oldular. “Qarabağ”ı dünyaya tanıtdıqları üçün onlara minnətdaram. Klubun şərəfini qoruyan futbolçular və orda çalışan məşqçilərə növbəti oyunlarda uğurlar arzulayıram. “Qarabağ”la fəxr edirəm. İnanıram ki, qələbələrimiz çox olacaq”.
Məşhur aparıcı həyat yoldaşı, türk müğənnisi Doğuşla birlikdə noyabrın 6-da Avroliqanın qrup mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Dnepr” matçında Azərbaycan çempionuna dəstək olmağa çalışacağını bildirib: “İşlə əlaqədar səfərdə olmasaq, mütləq “Qarabağ”ın oyununda iştirak edəcəyik. Doğuş da mənimlə birgə olacaq. Əslində, biz “Zalsburq”la ev oyununu izləməyi planlaşdırırdıq. Sadəcə, səfərə çıxmalı olduğumuzdan alınmadı. Bu dəfə Bakıda olsaq, stadionda komandamıza dəstək olacağıq”.
Fanat.az