Diniyevli "Ümraniyespor" Arda Turanın komandasına uduzdu

Diniyevli "Ümraniyespor" Arda Turanın komandasına uduzdu

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, “Ümraniyespor” 6-cı tur çərçivəsində səfərdə Arda Turanın baş məşqçilik etdiyi “Eyupspor”la qarşılaşıb.

Diniyevin komandası rəqibinə 0:2 hesabı ilə uduzub.

Coşqun Diniyev də matçın iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Ümraniyespor” turnir cədvəlində 2 xalla 18-cidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər