"Demirəm ki, Fernandesi bəyənmirəm, amma..." - "Qarabağ"ın sabiq qapıçısı 

"Demirəm ki, Fernandesi bəyənmirəm, amma..." - "Qarabağ"ın sabiq qapıçısı 

"Qarabağ"ın sabiq qapıçısı, hazırda İngiltərə Çempionşipində QPR-in formasını geyinən Asmir Beqoviç "Çelsi"nin transfer siyasətini tənqid edib.

Fanat.Az xəbər verir ki, "Goal" 36 yaşlı qolkiperin dediklərini belə çatdırıb:

"Siz Moyses Kaysedo üçün 115 milyon xərcləyirsinizsə, şübhəsiz, Deklan Rays üçün 120 milyon ödəyə bilərsiniz. Deklanı şəxsən tanımıram, onun "topçular"da oynamaq istəmədiyini də demirəm. Amma məncə, Rays "Çelsi"yə də keçmək istəyərdi. Futbola dəli kimi baxıram. Amma oyunçuların çoxunu tanımıram. Bu, çox qəribədir. "Çelsi"nin necə qurulduğunu anlamıram. Keçid dönəmi ilə bağlı bütün söhbətlər bəhanədir. Demirəm ki, Entso Fernandesi bəyənmirəm, amma Kaysedoya və başqalarına 230 milyon xərcləyirlərsə, Raysı həmin oyunçulardan hamısından üstün sayıram".

"Çelsi" yay transfer dönəmində oyunçu transferlərinə 464 milyon avro xərcləyib və dünyada bu göstəriciyə görə liderdir. "Zadəganlar" Premyer Liqada 4 turdan sonra 4 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə "Çelsi"nin uğurları üçün çalışan Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər