"Napoli"nin hücumçusu Viktor Osimhen formasını geyindiyi Neapol təmsilçisinin A Seriyasının qalibi olmaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, "Corriere della Sera" onun dediklərini belə çatdırıb:
"İndi martdır və bizİm hələ görəcəyimiz işlər var. Əlbəttə, mümkün olan hər şeyi qazanmağımızı istəyirəm. Bu yolda həyatımızı qoymuşuq. Məqsədimizi həyata keçirməkdə israrlıyıq. Bu mövsüm qələbəyə layiqik! Hədəfimizə qovuşmaq üçün hər şeyi qurban veririk. Demək olar ki, arzumuza çatmışıq, ancaq indi diqqətsizlik edə bilmərik.
Bir-birimizə güvənirik, komandada kiminsə problemi olanda dərhal əl uzatmağa can atırıq. Məncə, bu, çox vacib məqamdır. Belə komanda ruhunun nə demək olduğunu anlamaq üçün yalnız həmin kollektivin bir parçası olmalısan. Böyük inam yol yoldaşımızdır ki, məhz bu da komandamıza fayda verir. Özünə inanırsansa, özünü güclü sayırsan. Güclü olduğunu dərk edəndə isə qələbə qazanmağı bacarırsan".
Qeyd edək ki, 65 xala malik "Napoli" A Seriyasının turnir cədvəlində ilk pillədə qərarlaşıb. Neapol təmsilçisi ən yaxın izləyicisi "İnter"i 18 xal qabaqlayır.
Nihat