De Bröyne "Mançester Siti"dən ayrılsa, yalnız bu klublardan birinə keçə bilər - SON DURUM

De Bröyne "Mançester Siti"dən ayrılsa, yalnız bu klublardan birinə keçə bilər - SON DURUM

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçi Kevin De Bröyneni yalnız “Citizens City Group"-a məxsus başqa komandaya buraxacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı De Bröyne getmək istəsə, "şəhərlilər" onu buraxacaq. Lakin Amerika Liqası MLS və Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin marağına baxmayaraq, ingilislər yarımmüdafiəçini öz sistemində saxlamaq istəyir.

“Citizens City Group"-a MS-dən başqa, "Jirona", "Palermo", "Troya", "Başakşəhər" və sair klublar daxildir. 

"Mançester Siti"nin Kevin De Bröyne ilə müqaviləsinin müddəti bu mövsümün sonuna qədər qüvvədədir və hələlik onun uzadılması barədə danışıq olmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər