Danilo Dias: "Qarabağ"a uğur qazanmağa gəlmişəm"

Danilo Dias: "Qarabağ"a uğur qazanmağa gəlmişəm"
"Çempion komandaya gəlmişəm. Üstəlik, komanda bu titulu qazandıqdan sonra ilk transferiyəm. Bilirəm ki, bu vəziyyətdə məndən gözləntilər çoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Danilo Dias deyib.
Bu gün Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayan braziliyalı futbolçu klubun rəsmi saytına danışıb: "Təbii ki, bura uğur qazanmağa gəlmişəm. Bunun üçün hər şeyi edəcəm. Komandanın bir parçası olmaq cox vacibdi. Çünki, uğurları ayrı fərdlər deyil komanda şəklində qazanmaq olar. Bilirəm ki, komandada mənə qədər 3 braziliyalı var. Həmvətənlərimin olması əlbəttə ki, adaptasiya baxımından üstünlükdü. Qarşıdan Çempionlar Liqası gəlir. Bu turnirə yaxşı hazırlaşmaq lazımdı. Azarkeşlərimizə sözüm odu ki, onlar sona qədər meydanda "Qarabağ" üçün döyüşən futbolçu görəcəklər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər